Bu gün Bakının Binəqədi rayonunun 7 və 8-ci mikrorayonlarına gün ərzində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.
Bildirilib ki, məhdudiyyətlərə səbəb magistral su kəmərində baş vermiş qəzadır.
Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.