8 Noyabr 2023 18:45
428
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın "La Balle" qəzetinin və radiosunun baş redaktoru Yannick Urrien, Avropa Parlamentinin sabiq deputatı, Qvadelupanın Azadlığı Uğrunda Xalq Birliyinin baş katibi Jean-Jacob BICEP və Martinik Azadlıq Partiyasının lideri, Martinik Parlamentinin üzvü Lük Fransis Karol Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü münasibəti ilə təbrik ediblər.

Teleqraf.com Report-a istinadən xəbər verir ki, onlar Azərbaycanın qələbəsini ədalətin təntənəsi kimi qiymətləndirib və bu münasibətlə Prezident İlham Əliyevə təşəkkür ediblər.

“La Balle” qəzetinin və radiosunun baş redaktoru Yannick Urrien noyabrın 8-nin Azərbaycan üçün əhəmiyyətli tarix olduğunu söyləyib:

“Bu gün Zəfər Gününüzü qeyd edirsiniz. Qələbədən danışmazdan öncə ədalətdən danışmaq istərdim. Niyə ədalət? Qələbə qazanmaq o deməkdir ki, kiməsə qarşı mübarizədə udmusan, kimdənsə nə isə almısan. Əslində isə ədalət odur ki, özünə aid olanı, öz evini yenidən geri alırsan. Bax, ədalət budur. Siz Qarabağı geri aldınız”.

Onun sözlərinə görə, bu, gözəl ədalətdir, gözəl qələbədir: “Bravo, Azərbaycan!”.

Martinik Azərbaycan Partiyasının lideri, Martinik Assambleyasının və Bakı Təşəbbüs Qrupunun üzvü Fransis Karol da Azərbaycanı təbrik edib: “Əziz Azərbaycan xalqı, sizi bu özəl gün münasibəti ilə ürəkdən təbrik edirik. Biz Azərbaycan xalqına sülh, əmin-amanlıq arzu edirik. Fürsətdən istifadə edərək ölkənizin Prezidentinə, eyni zamanda Qoşulmama Hərəkatının sədrinə fransız müstəmləkəsindən əziyyət çəkən xalqların hüquqlarını dəstəklədiyi üçün təşəkkürümüzü bildiririk. Azərbaycan xalqına sülh, firəvanlıq və uzun ömür arzulayırıq”.

Avropa Parlamentinin sabiq deputatı, Qvadelupanın Azadlığı Uğrunda Xalq Birliyinin Baş katibi və Bakı Təşəbbüs Qrupunun üzvü Jean-Jacob də Azərbaycana xoş arzularını çatdırıb:

“Sizə Azərbaycandan 10 000 km uzaqlıqdan yerləşən Qvadelupa, Qvadelupanın Azadlığı Uğrunda Xalq Birliyinin adından səslənərək xalqınızı 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edirəm. Siz bizimlə azadlığımız uğrunda apardığımız mübarizədə həmrəy olduğunu kimi, biz də sizinlə bu gün həmrəyik. Biz Azərbaycanı bu xüsusi gün münasibətilə təbrik edir və Azərbaycan hökumətinə təşəkkür edirik. Yaşasın Azərbaycan xalqı ilə qurduğumuz həmrəylik!”.

Xatırladaq ki, hər üç şəxs Bakı Təşəbbüs Qrupunun üzvü kimi kolonializmə qarşı mübarizədə Azərbaycanın təşəbbüslərini dəstəkləyirlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər