Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda qanunsuz tikililəri söküb.
Teleqraf.com xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Belə ki, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani və Ağasadıq Gəraybəyli küçələrində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müvafiq yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikililər sökülüb.