13 May 2014 14:55
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Sabunçu rayonunda Gənclər və İdman Nazirliyinin sifarişi əsasında inşa edilmiş yeni “Gənclər evi” nin açılış mərasimi keçirilib.

Teleqraf.com-un məlumatına görə, mərasimdə gənclər və idman naziri Azad Rəhimov, Sabunçu rayonunun icra başçısı Adil Vəliyev və digər rəsmilər iştirak edib.

Nazir bildirib ki, sayca 28-ci olan Sabunçu “Gənclər evi”ndə gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi üçün hər bir şərait yaradılıb: “Trenajor, fitnes zalları, komputer otaqları, bir araya toplanıb yeni layihələr üzərində çalışmaları üçün münasib otaqlar, bir sözlə ən rahat şərait. Sadəcə gənclərimizin daha aktiv və yaradıcı olmaları yetərlidir.

Təbii ki, bu dövlətimizin gənclərə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir”.
Qeyd edək ki, obyektin tikintisi üçün Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində 0.1250 ha torpaq sahəsi ayrılıb. Obyektin layihə-smeta sənədləri Azərbaycan şirkəti olan “AT və S’’ Şirkəti tərəfindən hazırlanıb. Tikinti işləri Azərbaycan şirkəti olan “Elegant Co” MMC tərəfindən yerinə yetirilib. Tikintisinə 2012-ci ildə başlanılan mərkəzin altı sahəsi 612 m2, ümumi sahəsi 1715,87 m2, yaşıllaşdırma işləri 70 m2, səki və asfalt örtüyü 568m2 təşkil edir. Gəclər evi binası – 1 zirzəmi və 2 mərtəbədən ibarətdir

Naibə


Müəllif: