13 Noyabr 2023 16:08
423
12 Punto 14 Punto 16 Punto 18 Punto

2024-cü ilin dövlət büdcəsi çoxvariantlı hazırlanıb.

Teleqraf.com xəbər verir ki, bunun Milli Məclisin bu gün keçirilən iclasında dövlət büdcəsinin müzakirəsi zaman deputat Əli Məsimli deyib.

O qeyd edib ki, büdcə iqtisadiyyatın güzgüsüdür: "İqtisadiyyatın tənzimlənməsi aparılarkən bu məsələlər nəzərə alınıb".

Deputat bildirib ki, Azərbaycanda neft bumu dövründə olan artım indi müşahidə edilmir: "Amma buna baxmayaraq sağlam artım tempinə nail olmaq mümkündür. İslahatları artırmaqla bu mümkün olacaq. İnnovasiyaları inkişaf etdirməklə iqtisadi artımın əldə olunması real nəticələr verəcək”.

Millət vəkilinə görə, 2024-cü ilin dövlət büdcəsində nəzərə çarpacaq dərəcədə sosial artımlar nəzərə alınıb.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər