Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Foodini” MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş 10,2 ton qida məhsullarını məhv edib.
Bu barədə Teleqraf.com-a Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, “Foodini” MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə müraciəti əsasında ümumi çəkisi 10,2 ton olan müxtəlif növ qida məhsulu “EkoSum” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.