İlk dəfə olaraq dövlət büdcəsini ölkəmizin tam ərazi bütövlüyü və suverenliyi şəraitində müzakirə edirik. Bu, olduqca tarixi bir hadisədir.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Musa Qasımlı deyib.
O qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq abadlıq işləri yeni büdcədə özünü daha geniş formada əks etdirir:
"Eyni zamanda Yardımlı rayonunu təmsil edən millət vəkili kimi seçicilərimizin su problemini sizin və hörmətli hökumət üzvlərinin diqqətinə çatdırıram”.
Deputat həmçinin Yardımlıda məktəb problemlərinin olduğunu bildirib: “Bununla yanaşı elmi dərəcəsi eyni olanlar üçün bərabər maaş müəyyənləşdirilməsi daha yaxşı olardı".