14 Noyabr 2023 16:15
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin spikeri Sahibə Qafarova “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bəzi deputatların iradlarına narazılıq edib.

Teleqraf.com-un məlumatına görə, Sahibə Qafarova deyib ki, tənqiddən tənqidə fərq var:

"Niyə bir söz tapıb, Xankəndinin büdcəsi barədə nəsə deyilmədi? Sonra da deyirsiniz ki, xanım sədr müdaxilə edir. Müdaxilə etməyim bəs nə edim? Biri deyir insanlardan qaçırıq. Biz nə zaman camaatdan qaçırıq?!. Bu formada - VI çağırışda deputatlar xalqla bir yerdə olan vaxtı bundan əvvəl nə vaxt olub? Niyə məni bunu deməyə məcbur edirsiniz? Razi müəllim sizə isə tövsiyə edirəm ki, çıxışlarınızın stilistikasına baxasınız. Qoçuluq... Siz nazirlikləri, dövlət qurumlarını nədə ittiham edirsiniz? Qoçuluqda? Danışanda fikirləşin!”.

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında Deputat Tahir Kərimli deputatların və məmurların, nazirlərin xalqdan qaçdığını bildirib.

Deputat Razi Nurullayev isə qeyd edib ki, bir sıra dövlət institutunda müavinlik institutu işləmir, bu da yolverilməzdir: “Vəzifəli şəxslər qurumun adındakı dövlət sözünü monitorinq və nəzarət kimi başa düşürlər. Dövlət qurumlarının hamısı az qala istintaq orqanı kimi fəaliyyət göstərir. Onlara imkan verilsə, nəzarətə nəzarət də yaradarlar. Bu cür süründürməçilik sistemi xalqı narazı salır. Dövlət Reklam Agentliyi qoçuluq edir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər