Noyabrın 15-də gecə və səhər bəzi yerlərdə arabir yağış yağıb. Şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənib.
Bu barədə Teleqraf.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, düşən yağıntının miqdarı Şəkidə 6 mm, Qax, Ordubad, Sədərək, Mingəçevir, Goranboy, Gədəbəy, Naxçıvan, Şərur, Şahbuz, Naftalan, Ağdam, Balakən, Zaqatala, Oğuz, Ağsu, Xınalıq, Qrız, Şahdağ, Tərtər, Naftalan, Yevlax, Kürdəmirdə 4 mm-dək olub.
Şimal-qərb küləyi arabir Naftalanda 24 m/s, Qobustanda 22 m/s, Şahdağda 20 m/s, Mingəçevirdə 19 m/s, Tərtər, Bərdədə 18 m/s, Gəncədə 16 m/s, Bakıda və Abşeron yarımadasında isə 28 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 3.6 metrə çatıb.