13 May 2014 16:03
958
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 2014-cü ilin aprel ayında dövlət büdcəsinə 128 milyon 416 min manat vəsait ödəyib.

Teleqraf.com ARDNŞ-in saytına istinadən verdiyi məlumata görə, ümumiyyətlə, bu ilin yanvar-aprel aylarında büdcəyə 651 milyon 522 min manat vəsait ödənib. Bu göstərici 2013-ci ilin müvafiq dövrü ilə müqayisədə 132 milyon 651 min manat və ya 125,6 faiz çox olub.

Bundan əlavə, bu ilin aprel ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 13 milyon 180 min manat vəsait köçürüb. Bu, ötən ilin aprel ayı ilə müqayisədə 105 min manat və ya 100,8 faiz çox olub.

Ümumiyyətlə, 2013-cü ilin yanvar-aprel aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 50 milyon 218 min manat təşkil edib ki, bu da ötən ilin yanvar-aprel aylarına nisbətən 154 min manat və ya 100,3 faiz çox olub.


Müəllif: