“Gömrük Komitəsinin əsas vəzifələrdən biri ölkənin tranzit potensialının gücləndirilməsinə töhfə verməkdir və bu istiqamətdə mühüm addımlar atılır”.
Teleqraf.com xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə Bakıda keçirilən “Gömrük-Biznes Forumu 2023”də çıxışı zamanı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov deyib.
O bildirib ki, Gömrük Komitəsinin əsas hədəfi şəffaflıq, daha yaxşı xidmət və operativlikdir:
“Sağlam iş mühitinin yaradılması, xarici qurumlarla əlaqə qarşımıza qoyduğumuz hədəflərə daxildir. Ticarətin asanlaşdırılması məqsədilə gömrük xidməti risklərinin idarəolunmasında ən müasir riyazi alqoritmlərə əsaslanan, maşın öyrənməsi və süni intellekt əsaslı risk modellərinin qurulması istiqamətində işlər görüb. Gördüyü işlərdə də mühüm uğurlar əldə edib”.