13 May 2014 16:06
1 662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq tədris ili yekunlaşmaq üzrədir. Təxminən 18 gün sonra orta məktəb məzunları 11 illik tədris müddətini başa çatdırıb ilk təhsil ocağından ayrılacaqlar.

“Hər il olduğu kimi, bu il də məktəblərdə “son zəng" tədbiri keçiriləcək". Bunu Modern.az-ın sorğusuna cavab olaraq, Təhsil Nazirliyindən bildiriblər.

Tədbirin keçirilməsi 31 may tarixi üçün nəzərdə tutulub

Bakıdakı orta məktəblərdən əldə etdiyimiz məlumata görə, tədbirlərin məktəb daxilində keçirilməsinə icazə verilib. Məzunların həmin gün toplu şəkildə Dənizkənarı Bulvar ərazisində hər hansı mərasim keçirməsinə məktəb rəhbərliyi qadağa qoyub.


Müəllif: