Parlamentdə deputatların bir qismi pensiya yaşının aşağı olmasından, digər qismi isə yuxarı olmasından narazıdır.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov deyib.
Onun fikrincə, ağır sahələrdə çalışanların pensiyaya çıxması ilə bağlı yaş həddi aşağı səviyyədədir:
"Eyni zamanda ailələrə uşaqlarla bağlı təminatın verilməsi daha məqbuldur. Ailədə 5 uşağın olması fonunda ona hansısa təminatın verilməsi kimi yanaşma doğru deyil. Təklif odur ki, 2 uşaqdan sonra ailələrə bu təminatlar verilsin".