22 Noyabr 2023 00:21
1 545
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yer kürəsində üç maqnit qasırğası gözlənilir.

Teleqraf.com xəbər verir ki, bu barədə Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiya laboratoriyasının rəhbəri Sergey Boqaçev bunun noyabrda gözlənildiyi xəbərdarlığını edib.

Məlumatda bildirilib ki, ilk maqnit qasırğası noyabrın 22-də olacaq. Onun səviyyəsi (G1) zəif olacaq. Noyabrın 24 və 25-də eyni səviyyədə geomaqnit pozuntuları proqnozlaşdırılır. Noyabrın 23-də maqnitosfer həyəcanlanacaq. Lakin fırtına səviyyəsinə çatmayacaq.

Maqnit qasırğaları G1 (zəif) ilə G5 (son dərəcə güclü) səviyyələrinə bölünür. Yüngül fırtınalarla baş ağrısı, zəiflik, yuxululuq və diqqətin azalması mümkündür.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər