13 May 2014 16:10
2 381
12 Punto 14 Punto 16 Punto 18 Punto

May ayının 22-də saat 11:00-da Lənkəran Sərhəd Dəstəsində Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyev tərəfindən Astara, Lerik, Lənkəran və Yardımlı rayon sakinlərinin qəbulu keçiriləcək.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, qəbulda iştirak etmək istəyənlər suallarını may ayının 20-dək DSX-nın www.dsx.gov.az adlı rəsmi saytında yerləşdirməlidirlər.

Qeydiyyat üçün 012-498-01-55 və 012-498-01-69 nömrəli telefonlarla əlaqə saxlanılmalı və ya Lənkəran Sərhəd Dəstəsinə müraciət edilməlidir.

BƏXTİYAR


Müəllif: