22 Noyabr 2023 09:50
505
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub.

FHN-dən Teleqraf.com-a bildirilib ki, məlumatla əlaqədar nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların 2 ədəd kustar üsulla hazırlanmış partladıcı qurğu, 2 ədəd AKM avtomatının darağı, 1 ədəd TT tapançasının darağı, 1 ədəd Makarov tapançasının darağı, 2 ədəd F-1 əl qumbarası, 10 ədəd CM-320 siqnal minası, 7 ədəd MUV-1, 180 ədəd kapsul detonator, 4 ədəd NSP siqnal patronu, 2 ədəd siqnal minası, 43 ədəd müxtəlif çaplı patron, 1 ədəd 7.62 mm-lik təlim mərmisi olduğu müəyyən edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər