22 Noyabr 2023 11:08
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda avtomobil satışı şirkətləri tərəfindən müştərilərin hüquqlarının pozulması davam edir.

Teleqraf.com FED.az-a istinadla xəbər verir ki, ölkəmizdə «Chevrolet», «Baic» və «Jak» avtomobillərinin satışını həyata keçirən “İdeal Motors” MMC şirkəti müştəriyə istehsal qısuru olan avtomobil satıb, onun təmirini ləngidib, müştəri avtomobili qaytarmaq istədikdə isə bundan imtina edib və bununla da ölkə qanunvericiliyini pozub.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən FED.az-a verilən məlumata görə, 2023-cü ilin əvvəlində “İdeal Motors”ın müştəriyə satdığı avtomobildə istehsal qüsuru aşkar edilib. Avtomobilin təmiri qərara alınsa da, təmir üçün sifariş edilmiş ehtiyat hissələrinin çatdırılmaması səbəbindən uzun müddət təmir həyata keçirilməyib. Müştəri bununla bağlı malın qaytarılmasını tələb etdikdə isə, tələbi yerinə yetirməyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər