"Son 12 ildə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə işsizlik səviyyəsi nisbətən pisləşib".
Teleqraf.com xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Nazirləri Konfransının Nazirlər Sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, işsizliklə bağlı çağırışlar hələ də gündəmdədir: "Bu gün bizim ölkələrdə əhalinin orta artım tempi artıqdır. Gənc əhalinin sayı çoxdur. Xüsusilə gənclər arasında işsizlik 15,8 faizdir. Bu da qarşıdakı dövlərdə qarşımızda olan növbəti çağırışlardan biridir”.
Nazir vurğulayıb ki, İƏT dövlətləri arasında əməkdaşlığı artırmaqla ölkələrimizdə inkişafa töhfə verə bilərik.