23 Noyabr 2023 11:03
431
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanı suverenliyini bərpa etməsi ilə bağlı təbrik edirəm.

Teleqraf.com xəbər verir ki, bu barədə İƏT-in baş katibi Hissein Brahim Taha İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin 5-ci konfransının Nazirlər Sessiyasında çıxışında deyib.

“İƏT baş katibi olaraq Azərbaycanın suverenliyi ilə bağlı haqq işinə dəstək verirəm”, - deyə o qeyd edib.

Konfransın əhəmiyyətindən bəhs edən baş katib bu konfransın İƏT daxilində əməkdaşlığı nəzərdən keçirmək üçün əlverişli fürsət olduğunu bildirib.

"İşsizlik İƏT dövlətlərinin ən vacib problemlərindən biri olaraq qalır. Üzv dövlətlərimizdə işçi qüvvəsinin təhsil və təliminin əsas istiqamətə yönləndirilməsi əhəmiyyətlidir. Ümumilikdə üzv ölkələrin əhali sayının 1 milyard artaraq 2,9 milyarda çatacağı gözlənilir", - deyə İƏT baş katibi əlavə edib.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər