23 Noyabr 2023 12:05
565
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvanda keçirilən "Qərbi Azərbaycana qayıdış" festivalında çıxış edən elm və təhsil naziri Emin Əmrullayev Qərbi Azərbaycandakı tarixi məktəblərdən, oradan məzun olan görkəmli ziyalılardan, xüsusilə İrəvan Müəllimlər Seminariyası haqda danışıb.

Teleqraf.com-un xəbərinə görə, nazir bu seminariyanın Azərbaycan pedaqoji salnaməsində özünəməxsus yeri olduğunu bildirib.

Emin Əmrullayev Qərbi Azərbaycana qayıdış konsepsiyanın dərsliklərdə nəzərə alındığını qeyd edib: "Dərsliklərimizdə Qərbi Azərbaycanın tarixi, coğrafiyası, toponimləri, şəxsiyyətləri haqqında məlumatlar yer alıb. Yuxarı sinif dərsliklərində bədii informativ sənədlər, illüstrasiyalar, məlumatlar yerləşdirilib. Yenilənəcək dərsliklərdə daha geniş şəkildə əks olunacaq".

E. Əmrullayev Qərbi Azərbaycanla bağlı beynəlxalq dərgilərdə elmi məqalələrin dərcinin vacibliyini qeyd edib.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər