23 Noyabr 2023 12:11
436
12 Punto 14 Punto 16 Punto 18 Punto

2024-cü ildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına və yenidən qurulmasına azı 2,4 milyard ABŞ dolları ayrılacaq.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda keçirilən SPECA-nın Rəhbər Şurasının 18-ci sessiyasında bildirib.

Onun sözlərinə görə, artıq bu məqsədlər üçün Azərbaycanın dövlət büdcəsindən 7 milyard ABŞ dolları xərclənib.

"Bu kontekstdə biz Füzuli şəhərində tikilən məktəbə görə Özbəkistana və əməkdaşlığa görə Qazaxıstana təşəkkür edirik. Bütün bunlar xalqlarımız arasında dostluğun, qardaşlığın əlamətidir", - deyə nazir əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər