24 Noyabr 2023 13:20
373
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Sabunçu Gənclər Evində fövqəladə hallarla bağlı davranış qaydaları barədə maarifləndirmə tədbiri keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirin keçirilməsində məqsəd gənclərin fövqəladə hallardan mühafizə və mülki müdafiə sahəsində bilik və bacarıqlarının artırılması olub.

Tədbirdə Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi, Dövlət Yanğın Nəzarəti və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin, Bakı Şəhər Gənclər və İdman İdarəsinin nümayəndələri, Sabunçu Gənclər Evinin əməkdaşları və Sabunçu rayonu 81 və 90 nömrəli məktəblərin bir qrup müəllim və şagirdi iştirak ediblər.

Tədbirdə Mərkəzin əməkdaşları tərəfindən fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları, təxliyənin təşkili barədə ətraflı məlumat verilib, mövzulara dair videoçarx nümayiş etdirilib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, bu cür tədbirlər Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıda və regionlarda mütəmadi olaraq təşkil edilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər