24 Noyabr 2023 17:07
487
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Qərbi Azərbaycandan deportasiya edilmiş azərbaycanlıların pozulmuş hüquqları haqqında kompleks beynəlxalq hesabat”ın hazırlanması təklifini irəli sürüb.

Vəkillər Kollegiyasından Teleqraf.com-a verilən məlumat görə, bu barədə “Qərbi Azərbaycana qayıdış” Beynəlxalq Festival-Konqresində məlumat verilib.

Bildirilib ki, tədbirdə Vəkillər Kollegiyasının Akademiyasının rektoru Əmir Əliyev, Vəkillərin İxtisas Komissiyasının sədri Turqay Hüseynov, vəkil Mayis Əliyev və vəkil Sübhan Əliyev iştirak ediblər.

Ə.Əliyev "Qərbi Azərbaycana qayıdışın hüquqi aspektləri" mövzusunda çıxış edərək bildirib ki, Vəkillər Kollegiyasının sədri Anar Bağırovun təşəbbüsü ilə “Qərbi Azərbaycandan deportasiya edilmiş azərbaycanlıların pozulmuş hüquqları haqqında kompleks keynəlxalq hesabat”ın hazırlanması təklifi irəli sürülüb. Təklif müzakirə olunaraq dəstəklənib. Bildirilib ki, Azərbaycan hüquq cəmiyyətinə müraciət edilərək bu layihəyə dəstək verilməsi zəruri hesab edilib.

Qeyd edək ki, Qərbi Azərbaycana həsr olunan festival-konqres Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti, Qərbi Azərbaycan İcması və Qərbi Azərbaycandan olan ziyalıların birgə təşkilatçılığı ilə baş tutur.

Xatırladaq ki, Əmir Əliyev, Turqay Hüseynov və Mayis Əliyev “Qərbi Azərbaycana qayıdış” festival-konqresin ustad dərsləri çərçivəsində hüquqşünaslıq ixtisasının tələbələri üçün mühazirələr deyiblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər