“Gələn il Şuşada "ASAN xidmət" Mərkəzi fəaliyyətə başlayacaq”.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") sədri Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Şuşa şəhərində "ASAN xidmət" Mərkəzinin yaradılması ilə əlaqədar işlərə start verilib: “Gələn ildən Dövlət Agentliyi Şuşada fəaliyyətə başlayacaq”.
Ü.Mehdiyev bildirib ki, azad olunmuş digər ərazilərdə də "ASAN xidmət" mərkəzlərinin mərhələli şəkildə açılması nəzərdə tutulur.