26 Noyabr 2023 11:15
499
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan daha bir mühüm əhəmiyyətli beynəlxalq səviyyəli tədbirə ev sahibliyi etdi. Buvaxta qədər ölkəmiz dünya birliyində nüfuzlu beynəlxalq təşkilatların keçirildiyi məkan kimi tanınıb. Hətta üç il əvvələ qədər torpaqlarımızın 20 faizi işğal altında olanda da ölkəmiz mötəbər tədbirlərə ev sahibliyi etmişdi. 2020- ci ilin noyabrında Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz ordumuz torpaqlarmızı işğaldan azad etdikdən sonra yenə də beynəlxalq tədbirlərin keçirlməsinə ev sahibliyini davam etdirib. Bu dəfə artq işğaldan azad edilmiş Şuşa şəhəri də nüfuzlu tədbirlərin keçirldiyi məkana çevrilib. Bu günlərdə Bakı yenə də nüfuzlu beynəlxalq tədbirə qucaq açdı. Söhbət Bakıda, Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündən gedir.

Teleqraf.com xəbər verir ki, bu fikirləri SPECA-nn Zirvə görüşü barədə açıqlama verən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi deyib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, xüsusilə 1993- cü ilin ikinci yarsından başlayaraq, nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etmiş, illər sonra həmin qurumlarn ən fəal üzünə çevrilmiş və bir sıra mötəbər qurumlara sədrlik də etmişdir. Ölkəmizin sədrliyi dövründə qarşya qoyulmuş vəzifələr uğurla yerinə yetirlimişdir. Budur, Azərbaycan daha bir quruma –SPECA-ya sədrliyi qəbul edib. Bu qərar bu il aprelin 17-də İsveçrənin Cenevrə şəhərində keçirilmiş SPECA iştirakçı ölkələrinin nazirlərinin görüşündə qəbul edilmiş Birgə Bəyanatda əksini tapmışdır. SPECA 1998-ci ildə yaradılmış BMT-nin Mərkəzi Asiya iqtisadiyyatları üçün xüsusi proqramıdır. Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstan bu təşkilata üzvlüyə malikdir. Əslində, SPECA üzv dövlətlər arasında əməkdaşlığı inkişaf etdirmək və onların dünya iqtisadiyyatına inteqrasiyasını təşviq etməkdir.

forumspecaaa28.jpg (96 KB)

Bakıda keçirilən SPECA-nın Zirvə görüşündən söhbət açan Ç.Qənizadə deyib ki, 2023-cü ildə bu quruma sədrliyi qəbul edən Azərbaycan gündəliyin təbliğində əsas iştirakçı kimi çıxış edir. Sammit Azərbaycana regional əməkdaşlıq və davamlı inkişaf haqqında öz baxışını bildirmək üçün platforma kimi xidmət edir:

“SPECA-nın yaradılmasının 25- ci ildönümünün Bakıda keçirilməsi və Azərbaycanın bu təşkilata sədrlik etməsi ölkəmizin beynəixalq aləmdə artan nüfuzundan xəbər verir. Bu gün Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan bir sıra çoxtərəfli formatlarda uğurla əməkdaşlıq edir. Dövlət başçımızın dəvətilə Zirvə görüşündə Gürcüstanın və Macarıstanın Baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş katibi fəxri qonaqlar qismində iştirak ediblər. Bu tərkibdə keçirilən Zirvə görüşünün daha geniş iqtisadi əməkdaşlıq formatına yol açacağı hər kəsdə əminlik yaradır. Təşkilat yarandığı gündən indiyədək üzv ölkələr arasında hərtərəfli əlaqələr uğurla inkişaf edib. SPECA-ya üzv dövlətlərin Zirvə görüşü isə ilk dəfə idi ki, keçirilirdi. Zirvə görüşünün keçirilməsinin də təşəbbüskarı Azərbaycan olmuşdur. Mərkəzi Asiya ölkələrinin rəhbərlərinin bu təşəbbüsü dəstəkləmələri ölkəmizə və onun başçısna olan inam və etimadın bariz nümunsidir”.

Zirvə görüşündə Prezident İlham Əliyevin çıxşı barəsində danışan Ç.Qənizadə deyib ki, həmişə olduğu kimi, bu dəfə də dövlətimizin başçısnın nitqi böyük maraqla izlənildi.

Prezident vurğuladı ki, Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi və mədəni əlaqələr bağlayır. Azərbaycan və Mərkəzi Asiya strateji əhəmiyyəti artmaqda olan vahid tarixi-mədəni və geosiyasi məkandır. Hazırda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan bir sıra çoxtərəfli formatlarda uğurla əməkdaşlıq edir. Bu gün dünyanın müxtəlif bölgələrində müharibələrin, münaqişələrin, qanlı toqquşmaların geniş vüsət almasına baxmayaraq, SPECA-ya üzv ölkələrdə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu, dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti və uğurudur. SPECA-ya üzv dövlətlər əsl müstəqil ölkələrdir, çünki müstəqil xarici və daxili siyasət aparırlar. Dövlətimzin başçısı bildirdi ki, dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil. Belə ölkələrin siyasəti xalqlarının iradəsinə əsaslanmır, onların taleyi xarici sponsorların əlindədir. Məsələn, Ermənistan kimi ölkəyə, sözün əsl mənasında, müstəqil ölkə demək olmaz.

Komitə sədri Zirvə görüşündə ölkəmizin inkişafı, işğaldan azad edilmiş ərazilərdə görülən işlər barəsində geniş məlumat verildiyni bildirib. Həmin işlərdə qardaşlıq dəstəyidən danışan dövlətimizin başçısı dedi ki, cari ilin avqust ayında Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan 960 şagird yerlik Mirzə Uluqbəy adına məktəbin açılışı oldu. Qazaxıstanın hədiyyəsi - Kurmanqazı adına yaradıcılıq mərkəzi hazırda Füzulidə inşa edilir və gələn il açılacaq.

“Görüşün sonunda Bakı Bəyannaməsi qəbul edilib. SPECA-nın üzv ölkələrinin dövlət başçılarının və hökumətlərinin birinci görüşünün beynəlxalq tərəfdaşların iştirakı ilə Bakı şəhərində mükəmməl təşkilinə, həmçinin Azərbaycanda SPECA günləri çərçivəsində 2023-cü il noyabrın 20-24-də digər tədbirlərin təşkilinə görə Prezident İlham Əliyevə səmimi təşəkkürün öz əksini tapması Zirvə görüşünün yüksək səviyyədə keçməsindən xəbər verir” –deyə Ç.Qənizadə bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər