26 Noyabr 2023 23:30
2 927
12 Punto 14 Punto 16 Punto 18 Punto

XXX

90 nömrəli tam orta məktəb baş verən hadisə ilə bağlı məlumat yayıb.

Teleqraf.com-un məlumatına görə, məktəbdən bildirilib ki, 07.11.2023-cü il tarixində məktəbin 2F sinfinin iki şagirdi (müvafiq səbəblərə görə şagirdlərin adları qeyd olunmur) qaçarkən toqquşub.

Məktəb rəhbəri tərəfindən hadisə barədə vaxtında məlumat vermədiyinə görə, ibtidai sinif müəlliminin izahatı alınaraq ona töhmət verilib.

Şagirdlərin birində heç bir iz müşahidə olunmasa da, digəri xəsarət alıb.

Sabunçu Rayon Prokurorluğu tərəfindən məsələ ilə bağlı araşdırma aparılıb, hadisənin təsadüf nəticəsində baş verdiyi barədə rəy verilib.

XXX

Ramanadaki 90 nömrəli orta məktəbdə ikinci sinif şagirdi Məmmədzadə Təranəni bu vəziyyətə qoyublar.

Teleqraf.com xəbər verir ki, məlumatı sosial media hesabında paylaşan jurnalist İntiqam Valehoğlu bildirib ki, məktəbin direktoru Svetlana Nəbiyeva uşağın valideyni ilə "anlaşmağa" çalışır. Jurnalistin valideynlərə isfinadla verdiyi məlumata görə, Təranə 2 saat bu vəziyyətdə qalsa da, heç bir kömək, tibbi müdaxilə edilməyib.

Teleqraf.com məsələ ilə bağlı bütün tərəflərin mövqeyini öyrənməyə çalışacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər