13 May 2014 17:02
1 404
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllı hadisələrindən sonra rayon icra hakimiyyətinin başçısı vəzifəsindən azad olunan Nizami Ələkbərov indi harada olması, nə işlə məşğul olması məlum deyil.

Amma Modern.az böyük səylərdən sonra nəhayət ki N. Ələkbərovdan eksklüziv açıqlama alıb. O, harada olması və nə işlə məşğul olması barədə danışmaq istəməsə də hər şeyin qaydasında olduğunu bildirib. “Hər şey qaydasındadır, çox sağ olun”.

Bir vaxtlar rəhbərlik etdiyi rayonda məlum iğtişaşlar zamanı həbs olunanların işi ilə bağlı danışan N. Ələkbərov bunu deyib: “Mən də istərdim ki, bu adamlar tezliklə öz ailələrinə, doğmalarının yanına qayıtsınlar. Məhkəmə artıq işə baxaraq hökm çıxarıb. Hər hansı addımlar atılacaqsa, qanuni yolla atılmalıdır”.

Xatırladaq ki, Şəki Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxslərdən 3 nəfəri 8 il müddətinə azadlıqdan məhrum edilib. 8 nəfər şərti olaraq azadlıqdan məhrum edilib. İlqar Məmmədov 7 il, Tofiq Yaqublu və digər təqsirləndirilən Elşən Qurbanov isə 5 il müddətinə azadlıqdan məhrum olunublar.


Müəllif: