Haqsızlığa və terrora məruz qalan dövlətlər deyil bunu həyata keçirənlər haqlı çıxmağa çalışır.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib.
O bildirib ki, buna baxmayaraq Azərbaycan öz ərazi bütövlüyünü təmin etməklə bölgədə və dünyada yeni bir reallıq yaradıb: "Gələn il keçirilən prezident seçkiləri Azərbaycanın qarşısında yeni imkanlar açacaq. Qarşıdakı seçkidə də xalqımız öz liderinə sadiqliyini bir daha nümayiş etdirəcək".
Deputat Fəzail Ağamalı bildirib ki, 2018-ci ildə növbəti dəfə prezident seçilən İlham Əliyev Azərbaycan xalqının bütün ümidlərini doğrultdu.
O qeyd edib ki, 2024-cü ilin 7 fevral seçkiləri Azərbaycanın daha böyük uğurlara aparılmasına yeni imkanlar açacaq.
Fəzail Ağamalı söyləyib ki, Ana Vətən Partiyası seçkilərdə Prezident İlham Əliyevin namizədliyini dəstəkləyəcək.