14 Dekabr 2023 20:22
431
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə ana və az yaşlı övladı dəm qazından zəhərlənib.

Teleqraf.com xəbər verir ki, hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb.

2000-ci il təvəllüdlü Ayşən Nəbiyeva və onun az yaşlı övladı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Dərhal onlara yardım edilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir. Məlumata görə, ana və övladı qonaq getikləri evin vanna otağında dəm qazından zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər