Dövlət Gömrük Komitəsi 2024-cü il üçün planlarını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə quruma təşkil edilmiş mediatur zamanı məlumat verilib.
Bakı Baş Gömrük İdarəsi inteqrə edilmiş zəng, SMM və elektron sistem yaratmağı planlaşdırır.
Elektron müraciət köşkünün yaradılması da nəzərdə tutulur. Həmçinin elektronlaşdırma nəticəsində fiziki müraciətlərin sayı minimuma endiriləcək.