15 Dekabr 2023 12:31
292
12 Punto 14 Punto 16 Punto 18 Punto

5-10 ildən sonra məktəblərdə tədris etdiyi fənni güclü bilən müəllimlər işləyəcək.

Teleqraf.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan müəllimlərinin XVI Qurultayında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, pedaqoji ixtisaslara qəbulla bağlı araşdırmalar aparılıb.

DİM sədri bildirib ki, nəticəyə əsasən 2009-cu ildən bu ixtisas üzrə qəbul planı artıb: "Builki qəbulun 20 %-ni məhz pedaqoji ixtisas təşkil edib. Hələ də müəllim peşəsi qadın işi kimi qəbul edilir. Oğlanlar əsasən texnologiya sahəsi üzrə görülür. Bu il pedaqoji ixtisaslar üzrə abituriyentlərin orta bal göstəricisi 343 olub və bu riyazi üsullarla hesablanıb".


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər