Xankəndidə yeni seçki məntəqəsi yaradılacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında məlumat verib.
Onun sözlərinə görə, Xocalı, Əsgəran və Ağdərədə də seçki məntəqələri yaradılacaq: "Hamımız həmin ərazilərdə səs verəcək seçicilərə həsəd aparacağıq".