Bu gün "Gülüstan" sarayında ölkəmizdə ilk dəfə keçirilən “Mədəni irs” forumunun açılışı olub.
Teleqraf.com xəbər verir ki, iki gün davam edən forum Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilir.
Tədbirdə çıxış edən Səadət Yusifova forumun əhəmiyyətindən danışıb. O bildirib ki, forumun gedişində mədəni irsin qorunması ilə bağlı məsələlər diqqətə alınacaq.