18 Dekabr 2023 12:23
358
12 Punto 14 Punto 16 Punto 18 Punto

2022-ci il sentyabrın 15-nə olan məlumata görə, Bakıda xəttə çıxmalı olan sərnişin avtobuslarının sayı 2 244 əvəzinə 1 730 olub.

Teleqraf.com xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev “Azərbaycanda mobilliyin transformasiyası proqramı”nın təqdimatında bildirib.

Onun sözlərinə görə, ötən ilin statistik rəqəmləri göstərib ki, daşıyıcılardan 5-nin avtobus parkının orta yaxşı 7 il, qalan 22-nin isə 12 il olub.

"Azərbaycanda avtobus parkı köhnə olan daşıyıcıların sayı çoxdur. Vəziyyətdən çıxış yolu kimi 270-dən çox yeni avtobusun istismara qaytarılması planlaşdırılır", - deyə o qeyd edib.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər