19 Dekabr 2023 13:45
359
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbi Azərbaycanda vaxtilə azərbaycanlıların yaşadıqları 499 kənd xaraba qalıb, 734 kənddə indi ermənilər yaşayır. Ermənistanda azərbaycanlılara məxsus 700 dən artıq inzibati ərazi vahidinin adları dəyişdirilib".

Teleqraf.com xəbər verir ki, bu sözləri tarixçi alim Nazim Mustafa "Mədəni irs” forumunun "Postkonflikt dövründə Azərbaycan tarixi-mədəni və təbii irsinin qorunması" panelində çıxışı zamanı deyib.

O bildirib ki, İrəvan quberniyasında mövcud olan 310 məsciddən bugünkü Ermənistanda yalnız Göy məscid qalıb:

"Tarixi Azərbaycan torpağında yaradılan Ermənistan Respublikası hazırda monoetnik erməni dövlətinə çevrilib. Qərbi Azərbaycanda mövcud olan tarixi və mədəni irsimizin qorunması üçün beynəlxalq təşkilatları hərəkətə keçirmək lazımdır".


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər