19 Dekabr 2023 16:50
342
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İşğaldan azad olunmuş ərazilərdə abidələrin mühafizə zonaları məsələsi həllini tapmayıb. Hər hansı abidənin yanında yeni tikili inşa edən zaman həmin abidənin estetik, vizual dəyərləri aşağı düşə bilər. Bu balansı qorumaq üçün mühafizə zonaları müəyyən tələblər daxilində dəqiqləşməlidir".

Teleqraf.com xəbər verir ki, bu sözləri Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Tarixi-mədəni irsin idarə olunması və qorunması şöbəsinin müdiri Müslim İmranlı "Mədəni irs" forumunun "Mədəni irs və müasir memarlıq- şəhərsalma prinsipləri" panelində çıxışı zamanı deyib.

"Çox qısa müddətdə məcburi köçkünlər öz vətənlərinə qayıtmalıdır. Şuşa isə öz qonaqlarını qəbul etməlidir, amma mədəni irs dərin tədqiqat və araşdırma tələb edir. O baxımdan qısa vaxt ərzində maksimum nəticə əldə etmək bir az çətindir. Amma deməliyəm ki, Şuşanın baş planında orada mövcud olan bütün abidələr əksini tapır. Aşkar edilən yeni tikiliyə görə isə layihəyə qısa zaman ərzində müəyyən dəyişikliklər edilir" - deyə Müslim İmranlı bildirib.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər