19 Dekabr 2023 17:14
501
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdamda inşa ediləcək İşğal və Zəfər Muzey Komplekslərində xüsusi tağvari hasar tikiləcək.

Teleqraf.com xəbər verir ki, bu sözləri Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin məsləhətçisi Faiq Hacıyev "Mədəni İrs" Forumunun "Mədəni irs və müasir memarlıq- şəhərsalma prinsipləri" panelində çıxışı zamanı deyib.

"Bu tağvari hasarın inşasında Ağdamda dağıdılmış binaların daşları istifadə olunacaq. Bunun da aydın məsələdir ki, mənəvi əhəmiyyəti var. Bu daşlar tarixin yaddaşını yaşadan daşlardır".

O, Füzulidə Zəfər yolunun kənarında yaşayış binalarının salındığını əlavə edib: "Belə ki, 846 mənzildən ibarət birinci yaşayış məhəlləsində yaxın aylar ərzində tikinti işlərinin yekunlaşması gözlənilir".

Faiq Hacıyev "Böyük Qayıdış" planına uyğun olaraq 2026-cı ilə qədər Qarabağ iqtisadi rayonu üzrə Ağdamda 1 şəhər 12 kənd, Füzulidə 1 şəhər 10 kənd, Xocavənd rayonu Hadrut qəsəbəsi Tuğ kəndinin layihələndirilərək inşa ediləcəyini vurğulayıb.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər