19 Dekabr 2023 17:52
476
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə daha 300 ailənin köçürülməsi üçün hazırlıq işlərinə başlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Komitənin Repatriasiya Departamenti Şuşa şəhərinin Malıbəyli kəndinə 50, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə 50, Xocalı rayonuna 50, Kəlbəcər rayonuna isə 150 məcburi köçkün ailəsinin köçürülməsinə hazırlıq görür. Hazırda onlar Bakı, Sumqayıt, Abşeron və Gəncədə məskunlaşıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər