21 Yanvar 2015 14:14
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda məktəblərin 93,1 faizi, o cümlədən şəhər yerlərində 99,5 faizi, kənd yerlərində isə 90.9 faizi kompüterlərlə təmin olunub.

Teleqraf.com xəbər verir ki, Dövlət Statistika Komitəsi tərəfindən 2014-cü ilin sentyabr ayında dövlət əyani ümumi təhsil müəssisələrində keçirilmiş statistik müayinənin nəticələrinə görə, əvvəlki illə müqayisədə kompüterlərin sayı 6,4 min ədəd və ya 12,3 faiz artaraq, 58,0 minə çatıb:

“Hazırda hər 22 şagirdə orta hesabla bir kompüter düşür, halbuki 8 il əvvəl 101 şagirdə bir kompüter düşürdü. Cari tədris ilinin əvvəlinə 84,8 faiz şəhər, 38,4 faiz kənd ümumi təhsil müəssisələrinin internetə çıxışı, 43,9 faiz şəhər, 7,0 faiz kənd ümumi təhsil müəssisələrinin isə elektron poçt ünvanı olub”.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər