21 Yanvar 2015 14:45
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi (ETM) elektron poçt və sosial şəbəkə hesablarının oğurlanmasının qarşısını almaq üçün növbəti dəfə sadə parollardan istifadə etməməyi tövsiyə edir.


Teleqraf.com xəbər verir ki, Mərkəz “SplashData” tədqiqat şirkətinin araşdırmasına istinadən bildirir ki, 2014-cü ildə də ən çox istifadə olunan şifrlərin əksəriyyəti əvvəlki illərdə olduğu kimi, son dərəcə sadə təxmin edilən şifrlərdir. Bu cür şifrlərdən istifadə nəticəsində milyonlarla istifadəçilərin hesabları bədniyyətlilər tərəfindən ələ keçirilib, onların hesab məlumatları oğurlanıb.


Şifrlərin siyahısına “123456”, “password”, “12345”, “12345678”, “qwerty”, “123456789”, “1234”, “baseball”, “dragon”, “football”, “1234567”, “monkey”, “letmein”, “abc123”, “111111”, “mustang”, “access”, “shadow”,”master”, “Michael”, “superman”, “696969”, “123123”, “batman”, “trustno1” daxildir.


Elektron Təhlükəsizlik Mərkəzinin məlumatında deyilir ki, əgər mürəkkəb və yaddaqalan şifr qoymaqda çətinlik çəkirsinizsə, ETM tərəfindən hazırlanan “Çətin və yadda qalan parollar necə qoyulmalı” başlıqlı tövsiyədən istifadə edə bilərsiniz.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər