22 Dekabr 2023 11:13
343
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan öz tarixinin ən şanlı dövrünü yaşayır. Bu gün iqtisadi-siyasi sahədə və regionda söz sahibi olan dövlətimizlə qürur duyuruq.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib.

O qeyd edib ki, 2020-ci ildəki tarixi Zəfərlə Azərbaycan öz ərazi bütövlüyünü təmin edib: "Bütün bu uğurların kökündə ulu öndər Heydər Əliyev strategiyası dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bugünkü uğurlara imza atıb".

Sahibə Qafarova Milli Məclisin adından Prezident İlham Əliyevə ad günü münasibəti ilə təbrik məktubu ünvanlanmasının təklif edib.

Təklif yekdilliklə qəbul edilib.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər