22 Dekabr 2023 12:05
457
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaricdəki ermənipərəst dairələr tərəfindən son günlər səsləndirilən bəzi çağırışlara münasibət bildirmək istəyirəm. Onlar xalqımızı üsyana, inqilaba, küçələrdə barrikadalar qurmağa çağırırlar.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət qurucluğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin plenar iclasında çıxışı zamanı deyib.

Millət vəkili əlavə edib ki, onlara seçki yox, qan lazımdır: “Amma anlamırlar ki, o dövrlər artıq arxada qalıb. Düşünürəm ki, onlara ən böyük cavab xalqımızın seçkilərdə aktiv iştirakı olacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər