Növbəti həftə (25,26,28,29,30 dekabr tarixləri) saat 11:00-dan 12:00-dək 1 şəhər və 4 rayonda "Azəriqaz" İB-nin “Açıq mikrofon” aksiyası keçiriləcək.
Teleqraf.com xəbər verir ki, aksiya həftənin 1-ci günü Ağcabədi rayonu, Salmanbəyli kəndində (Əlfi Məmmədov adına orta məktəbin qarşısı), 2-ci günü Bərdə rayonu, Türkmən kəndində (Elsevər Əsədov adına orta məktəbin qarşısı), 4-cü günü Zərdab rayonu, Gəlmə kəndində (İcra nümayəndəliyinin qarşısı), 5-ci günü Mingəçevir şəhərində (Noel Ahəngari adına 13 saylı orta məktəbin qarşısı), 6-ci günü isə Füzuli rayonu, Əhmədalılar kəndində (İcra nümayəndəliyinin qarşısı) baş tutacaq.
Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.