25 Dekabr 2023 14:23
449
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Ağcabədi, Beyləqan, Füzuli rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, “Ağdam-Hindarx-Ağcabədi” avtomobil yolunun genişləndirilməsi ilə əlaqədar “Qaz İxrac” İdarəsinə məxsus “Bərdə-Ağcabədi” yüksək təzyiqli magistral qaz kəmərinin yenidən qurulmuş yol keçidində yeni çəkilmiş yüksək təzyiqli qaz kəmərinin qaz nəqli sisteminə birləşdirilməsi ilə bağlı dekabrın 26-da saat 08:00-dan etibarən işlər başa çatanadək “Ağcabədi” Qaz Paylayıcı Stansiyadan (QPS) və həmin gün saat 09:00-dan etibarən isə işlər başa çatanadək “Beyləqan”, “Allahyarlı”, “Əhmədbəyli”, “Horadiz” QPS-lərdən, “Azaqrotaxıl” MMC və “Füzuli-Diaqnostika” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Ağcabədi, Beyləqan, Füzuli rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər