26 Dekabr 2023 11:27
293
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan Sərəncama əsasən 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” kimi qeyd olunacaq. Bu bir daha təsdiq edir ki, Azərbaycan regional və qlobal məsələlərə töhfə verən ölkədir.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən deputat Vüqar Bayramov deyib.

O qeyd edib ki, 2024-cü il məhz bu kontekstdə Azərbaycan üçün yaddaqalan illərdən biri olacaq: “Həmçinin 2024-cü ildə Azərbaycanda təşkil olunacaq COP-29 tədbiri çox nüfuzlu beyin mərkəzlərinin Bakıda toplanmasına gətirib çıxaracaq”.

Deputat bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət ölkəmizin geosiyasi və geostrateji mövqelərinin daha da möhkəmlənməsinə xidmət edir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər