Yusif Vəzir Çəmənzəminlinin qəbrinin Azərbaycana gətirilərək Şuşada dəfn edilməsi təşkil edilməlidir. Hökumət bu istiqamətdə ciddi addımlar atmalıdır.
Teleqraf.com xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa çıxış edib.
O bildirib ki, Rusiya ilə münasibətlərin normal olmasından istifadə edib buna nail olmaq mümkündür: “Biz Qarabağa yalnız insanları deyil, həmçinin Azərbaycan dövlətçiliyində xidməti olan, tariximizə mühüm şəxsiyyət kimi düşmüş şəxslərin ruhunu da yaşatmalıyıq”.