Xankəndidə ermənilər heç bir iş görməyib.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas edib.
"Ağdamdan kərpicləri söküb aparıb Kərkicahan tərəfində bir-iki iş görüblər. 36 ildən sonra məni və Azərbaycan xalqını Xankəndiyə aparan cənab Prezident İlham Əliyevə təşəkkür edirəm. İlk dəfə Ağdama gedəndə sevincimdən oynamışdım. Xankəndidə musiqi olmadı deyə oynamadım. Amma o qədər qürurlandım ki, sözlə ifadə edilə bilməz”.