Zərdab Rayon Polis Şöbəsinə rayonun Şəftəhal kəndi ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, daxil olan məlumatla əlaqədar dərhal şöbə əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və ərazidən 1 ədəd "F-1" əl qumbarası, 2 ədəd UZRQM partladıcısı və 568 ədəd müxtəlif çaplı patron aşkarlanaraq aidiyyəti üzrə ANAMA-nın əməkdaşlarına təhvil verilib.
Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 1 nəfər rayon sakini müvafiq sənədləri olmayan "İJ" markalı ov tüfəngini könüllü olaraq polis əməkdaşlarına təhvil verib.
Faktlarla bağlı araşdırmalar aparılır.