27 Dekabr 2023 17:54
318
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə “Azəriqaz” İstehsalat Birliyi yanında yaradılmış İctimai Şuranın ilk iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, iclasın gündəliyində duran əsas məsələ Şuranın sədrinin, sədr müavininin və komissiyaların sədrlərinin seçilməsi olub. Şuraya sədr seçilmək üçün "Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi" İctimai Birliyinin sədri Elçin Salmanovun namizədliyi irəli sürülüb. Keçirilən səsvermənin nəticəsinə əsasən iki il fəaliyyət göstərəcək İctimai Şuraya Elçin Salmanov sədr, İlahə Əliyeva isə sədr müavini seçilib. Eyni zamanda Ədil Ədilzadə Müraciətlərin təhlili, Araz Əhmədov isə Monitorinqlərin təşkili komissiyalarının sədri seçiliblər.

Qeyd edək ki, dekabr ayının 19-da “Azəriqaz” İstehsalat Birliyi yanında İctimai Şuranın yaradılması ilə bağlı seçkilər keçirilib. Vətəndaş cəmiyyəti institutlarından təqdim olunan 23 namizəd arasından 7 nəfər səs çoxluğu ilə Şuraya üzv seçilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər