Sərhədlərin dəqiqləşməsi ilə bağlı prosesin uzun olduğunu əsas götürüb sülh müqaviləsini imzalamamaq olmaz.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elman Nəsirov deyib.
Deputat bildirib ki, bu il Azərbaycan üçün olduqca uğurlu bir il oldu: "Sülhlə bağlı məsələnin həlli daha böyük perspektivlər aça bilər. Sülh müqaviləsi imzalandıqdan sonra da sərhədlərin delimitasiyası və demarkasiya məsələsini həll etmək olar”.